Slimfit
  1. TARİX

Alman və Azərbaycan arxeoloqları Şəmkirdə birgə tədqiqatlar aparırlar

Alman və Azərbaycan arxeoloqları Şəmkirdə birgə tədqiqatlar aparırlar
Sakura

Alman və Azərbaycan arxeoloqları Şəmkirdə birgə tədqiqatlar aparırlar

“Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2018-ci ilin avqustundan Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığındakı Qurbantəpə və Dərə Yataq abidələrində arxeoloji tədqiqatlar aparmaqdadır. Qurbantəpə abidəsində araşdırmalar eramızdan əvvəl V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir. Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münhen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru, professor Florian Knaus, Lüdviq və Maksimilian adına Münxen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament əlaqələndiricisi, doktor Kay Kaniut təmsil edirlər.

E.İsgəndərov deyib ki, ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. Bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlanıb. Builki qazıntılar zamanı əldə edilən nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb. Sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkarlanıb. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda, tamamlanmamış sütun altlıqlarının aşkarlanması bu sarayın tikilişinin sona çatmaması haqqında fikiri irəli sürməyə imkan yaradır. Bunu regionda baş vermiş beynəlxalq siyasi hadisələrlə bağlamaq olar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR