Slimfit
  1. DÜNYA

Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır

Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır
Sakura

Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır

Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib. 

“Paşinyanın Qarabağ - Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.

Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu.

Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır. 

Politoloqlar bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə əngəl olur. Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Madrid prinsipləri ilə razılaşan Ermənistan bu gün bu qaydaları pozur.

Ermənistanın sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər.



 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR