Slimfit
  1. AZƏRBAYCAN

Allahşükür Paşazadə dini icmaların fəaliyyətinin gücləndirilməsi barədə tapşırıq verib

Allahşükür Paşazadə dini icmaların fəaliyyətinin gücləndirilməsi barədə tapşırıq verib
Sakura

Allahşükür Paşazadə dini icmaların fəaliyyətinin gücləndirilməsi barədə tapşırıq verib

 Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ötən ilin yekunlarına və qarşıda duran məsələlərlə bağlı müşavirə keçirilib. 

İdarədən "Report"a verilən məlumata görə, toplantıda QMİ Mərkəzi Aparatının struktur bölmələrinin rəhbərləri, Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələr iştirak edib.

QMİ sədrinin birinci müavini, müfti Salman Musayev müşavirəni açaraq Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin din xadimlərinə maddi yardım göstərilməsi ilə bağlı sərəncamını yüksək dəyərləndirib, din-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün məscidlərdə çalışan din xadimlərinə tövsiyələrini verib. Müfti daimi diqqət və qayğıya görə dindarlar adından dövlət başçısına minnətdarlıq edib.

Ötən il həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə QMİ-nin təşəbbüsü ilə beynəlxalq konfranslar keçirildiyini, həmin tədbirlərdə dünyanın nüfuzlu din xadimlərinin və alimlərinin iştirak etdiyini diqqətə çatdıran natiq bildirib ki, belə konfranslar ölkəmizdəki multikultural və tolerantlıq mühitinin dünya üçün bir nümunə olduğunu bir daha nümayiş etdirib. Sədrin birinci müavini qeyd edib ki, QMİ bu il dövlət qurumları ilə birgə ölkə daxilində və xaricdə bir neçə beynəlxalq konfrans keçirməyi planlaşdırır.

QMİ-nin Aparat rəhbəri Simran Həsənov şeyxülislam Allahşükür Paşazadənin dini mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı verdiyi əmr və tövsiyələrini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Aparat rəhbəri bildirib ki, idarə sədrinin tapşırığına əsasən, dini icmaların fəaliyyətini gücləndirmək, problemləri və təklifləri öyrənmək üçün yerlərdə müntəzəm görüşlər keçiriləcək.

Müşavirənin sonunda Qazılar Şurası üzvlərinin, səlahiyyətli nümayəndələrin təklifləri dinlənilib, müzakirə aparılıb və tapşırıqlar verilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR