Slimfit
  1. DÜNYA

Alkoqolizmlə mübarizə yolu tapıldı

Alkoqolizmlə mübarizə yolu tapıldı
Sakura

Alkoqolizmlə mübarizə yolu tapıldı

İngiltərənin London Universitetinin tibb mütəxəssisləri alkoqolizmlə mübarizə yolunu tapıblar.

Aif.ua-nın məlumatına görə, bir dozada qəbul edilən ketamin alkoqolun miqdarını azaltmaqla onun asılılığını azaldır.

Tədqiqatçıların fikrincə, ketamin inyeksiyası yaddaşda spirtli içki ilə bağlı hadisələri bərpa etdikdən sonra doqquz ay ərzində istehlak olunan spirt miqdarının azalmasına səbəb olur.

Bu məqsədlə 99 könüllü spirtli içki aludəçisi üzərində təcrübə aparılıb.

Onlara bir stəkan pivə verilərək içki ilə əlaqəli görüntülər nümayiş etdirilib və aldıqları həzzi qiymətləndirmələri istənilib.

Onlar pivəni içib qurtarmamış stəkanları əllərindən alınıb. Alimlərin fikrincə, bununla könüllülərdə içki içmək istəyi deyil, düşüncəsi aktivləşəcək. Ketamin onlarda plasebo effekti yaradıb.

Nəticələr göstərib ki, yaddaşın aktivləşdirilməsi ilə ketaminin birləşməsi spirtli içki istəyini azaldır. Bu nəticə təcrübədən sonra doqquz ay müddətində də təsirini davam etdirib.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR