Slimfit
  1. MARAQLI

Alış-verişdə tələyə necə düşürük? Tələ effekti nədir?

Alış-verişdə tələyə necə düşürük? Tələ effekti nədir?
Sakura

Alış-verişdə tələyə necə düşürük? Tələ effekti nədir?

Sirr deyil ki, bugün bəzi marketinq hiylələri vardır ki, onlar alıcıların ehtiyacından artıq şeylərə pul xərcləmələri vasitəsilə satışları artırmaq hədəfi güdür. Bununla da sahibkarlar daha çox gəlir əldə etmək məqsədlərinə çatmış olurlar. Biz isə ehtiyacımız olmayan şeylərə də pul xərcləmiş oluruq. Bu hiylələrdən biri də Tələ effektidir.

Tələ effekti – bir məhsulu ondan daha bahalısı olanı görənə qədər almamaqla xarakterizə olunan effektdir.

Əksər vaxt alış veriş edərkən ilk öncə almaq istədiyimiz məhsulu müqayisə edər və bu müqayisə nəticəsində qərar vermiş oluruq. Tələ effekti insanın müqayisə istəyinin nəticəsi olaraq ortaya çıxır. İnsanlar bir şey alarkən onu dəfələrlə müqayisə edir və sonra alırlar.

Hesab edək ki, siz evinizə tv almaq istəyirsiniz. 1000 azn qiymətində olan tv-nin yanında 400 azn qiymətinə olan tv daha məntiqli gəlir və sizin məhsulu alma fikrinizə ciddi təsir göstərir. Və yaxud bazardan özünüzə palto almaq niyyətindəsiniz. Axtardığınız paltonu satıcı sizə 150 manata təklif edir. Bu zaman qiymətin sizin üçün baha olduğunu fərq edən satıcı sizə Tələ effektini tətbiq edərək “onun 90 manata olanı da var” deyərək sizi o məhsulu almağa istiqamətləndirir.

Yəni əksər vaxt hər hansı bir məhsulu alarkən daha bahalı məhsulu onun yanına digərinin ucuz olması təsirini yaratmaq üçün vitrinə qoyurlar və bu həqiqətən də insanların qərarlarına təsir edə bilir.

Wikipediadan oxuduğum buna dair maraqlı bir məlumatı sizinlə bölüşürəm. Williams Sonoma şirkəti ilk çörək bişirmə aparatını satışa çıxarmışdı. Lakin bu cihazı heç kim almamışdı. 300 dollarlıq qiyməti ilə bir çox adam “Çörək bişirən aparata kim 300 dollar verər?” deyə düşünmüşdür. Buna görə də şirkət 1 aparat belə sata bilməmişdi. Bu hadisələrdən sonra şirkət qərara gəldi ki aparatın satışını dayandırsınlar və bütün mallarını geri çağırdılar. Sonra isə səbəbin nə olduğunu anlamaq üçün bir marketinq məsləhətçisinin yanına getdilər. Bütün məsələni danışdıqdan sonra məsləhətçi “Yeni, daha böyük bir çörək bişirmə aparatı hazırlayın və 450 dollara satın” dedi. İlk öncə şirkət rəsmiləri bu fikir ilə lağ etdilər. Lakin məsləhətçi öz fikrini şirkətə bir yol ilə qəbul etdirdi. Şirkət 2-ci bir aparat hazırladı və mağazalara satışa göndərdi. Nəticədə 2 ədəd aparat oldu və biri digərindən daha böyük, daha bahalı idi. Bir müddət sonra 300 dollarlıq aparat sürətli şəkildə satılmağa başladı və şirkət çox təəccübləndi.

 

Müəllif: Nüsrət Xəlilov

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR