Alimpaşa Məmmədovu hansı cəza gözləyir?
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovu maksimum 14 il həbs cəzası gözləyir.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az Cinayət Məcəlləsinə istinadən bildirir.
Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məcəllənin 179.4-cü maddəsi ilə ittiham olunan şəxs 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma külli miqdarda törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Burada “külli miqdar” dedikdə 45 min manatdan artıq olan məbləğ başa düşülür.
Məcəllənin 308.2-ci maddəsində görə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Məcəllənin 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər.
Bildirək ki, qanunvericiliyə görə, şəxs bir neçə maddə ilə ittiham olunursa, ona həmin maddələrdəki maksimum azadlıqdan məhrum etmə cəzası kəsilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət