Almaniya və Rusiyadan olan bir qrup alim Xeops piramidasının xüsusiyyətlərini tədqiq ediblər
“Ölkə.Az” xəbər verir ki, alimlərin fikrinə görə, piramida elektromaqnit enerjisini toplayaraq daxili məkana ötürür.
Alimlər piramidanın radio dalğaları rezonans edən hissəsinə baxıblar. Bir sıra maraqlı nəticələr əldə edilib.
Xeops piramidası eramızdan əvvəl III minilliyin ortalarında firon Xufunun təşəbbüsü ilə inşa edilib. 145 metr hündürlüyü, 230 metr eni olan piramida insan tərəfindən inşa edilən ən böyük binalardan biridir.
Son illər ərzində alimlər piramidanın daxilində 4 otaq kəşf ediblər. Onlardan birində firon, digərində isə xanımı dəfn edilib. Üçüncü otaq isə dəfinə ovçuları üçün tələdir. Xufunun sərdabəsinə aparan yolun divarında qeyri-adi kanallar tapılıb. Bu kanallar təhlükəsizlik sistemi rolunu oynayır.
Bəziləri iddia edir ki, piramida kosmosun enerjisini toplaya bilir. Alimlər bir neçə il əvvəl piramidada gizli otaqları skaner vasitəsilə axtarmağa başlayıblar.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət