Slimfit
  1. MARAQLI

Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...

Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Sakura

Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...

Yapon elm adamları çayla bağlı çox maraqlı bir faktı ortaya çıxara biliblər. Çayın mədə ağrısına, öskürəyə, həzmə xeyri olduğunu bilirdik. Çay eyni zamanda insan sinirlərində sakitləşdirici rol oynayır. Soyuyan dəmin çöküntülərini süzüb boğaz ağrıları zamanı da qarqara etmək üçün istifadə olunur. 
 
Moderator.az xəbər verir ki, yapon alimləri daha bir önəmli faktı kəşf ediblər. Sən demə qara çayın içində olan antioksidanlar yaşlı insanlarda sümük zəifləməsinin qarşısını alır. Osteoporoz adı verilən və yaşlı insanlarda sümük itkisi və zəifləməsi zamanı qara çay içməyin faydalı olduğu bildirilir.
 
 
Osaka Universitetində keçirilən və Keizo Nishikava tərəfindən idarə edilən tədqiqatda qara çayda theaflavin-3 deyilən bir antioksidant maddənin sümük toxumasına zərər verən metiltransferas adlı fermenti məhv etdiyi və bu şəkildə sümüklərin güclü olduğu müəyyən edilib. 
 
Alimlərin fikirincə 60 kiloqram çəkisi olan bir insanın sümük toxumalarının möhkəmlənməsi üçün üç gün ərzində altmış fincan çay içməsi lazımdır. 
 
Vasif Əlihüseyn
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR