Astronomlar 20 planetar sistemin kimyəvi tərkibini tədqiq ediblər
“Ölkə.Az” xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, Yerlə bu planetlər arasında elə də ciddi bir fərq yoxdur. Bu isə alimlərin fikrinə görə, yerdənkənar sivilizasiyanın kəşf edilməsi ilə bağlı şansı daha da artırır.
Digər ulduz sistemlərindəki planetlər də Yer planeti kimi faktorlardan ibarətdir. O planetlərdə də bütün vacib elementlər var. Bu o mənaya gəlir ki, Yerə bənzəyən planetlər Süd Yolu Qalaktikasında da var.
50 il əvvəl amerikalı astronom Frenk Dreyk yerdənkənar sivilizasiya şansını qiymətləndirmək üçün Qalaktikadakı sivilizasiyaların sayını hesablayan düstur yaratmışdı. Fizika alimi Enriko Fermi isə bu düstur əsasında yeni tezis hazırlayıb. Tezisə əsasən, əgər yadplanetli sivilizasiyalar çoxdursa, niyə bəşəriyyət onların izinə rast gəlmir?
Bu paradoksa əsasən alimlər bəyan etdilər ki, şüurlu varlıqların yaranması üçün planetimiz kimi unikal şərtlər lazımdır.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət