Alimlərdən şok açıqlama: kütləvi şəkildə ağac əkilməsi ətraf mühit üçün təhlükəli imiş
Çöllük ərazilərin yaşıllaşdırılması qlobal istiləşməyə qarşı mübarizədə başlıca üsul hesab olunur. Maraqlıdır ki, "Global Change Biology" xəbər verir ki, bəzi hallarda yeni ağacların əkilməsi təbiətə ciddi ziyan vura bilər.
Məlumdur ki, bitkilər nəinki karbon dioksidi və oksigen əmələ gətirir, həm də suyu udur. İngilis alimlərinin fikrincə, düzənliklərdə və ya əkin üçün nəzərdə tutulmuş sahələrdə meşə salınması yaxınlıqdakı çayların qurumağına səbəb ola bilər.
Ens.az xəbər verir ki, Kembric Universitetinin nümayəndələri qabaqlar mövcud olmayan, yalnız 20-30 il əvvəl süni şəkildə yaradılmış 43 meşə sahəsini araşdırıblar. Onlara Antarktida istisna olmaqla digər bütün qitələrdə rast gəlinir.
Bəlli olub ki, əkildikdən sonrakı ilk beş ildə yerli çaylarda suyun səviyyəsi 25%, sonrakı illərdə isə 40% aşağı düşüb. Bəziləri isə hətta tamamilə quruyub. Ən çox mənfi təsirlər isə kənd təsərrüfatı üçün istifadə edilməyən və yaşıllaşdırma işlərinə başlanmazdan əvvəl yaxşı vəziyyətdə olan ərazilərdə özünü göstərib.
Alimlər ağac əkmənin təsirinin qitədən asılı olaraq dəyişdiyini qeyd edirlər. Avropada bu, faydalı təsirə malik olub, lakin Cənubi Afrika və Avstraliyada süni meşələr quraqlığı şiddətləndirərək yerli ekosistemləri pozub
Elmi əsərin müəllifləri vurğulayırlar ki, harda gəldı ağac əkmək lazım deyil - təbiətə bu cür müdaxilənin nəticələri əvvəlcədən hesablanmalıdır.
Qeyd edək ki, NASA peyklərinə görə, son on ildə planetdə meşələrin qırılma səviyyəsi 62% artıb - bu bütün müşahidə müddətində rekord göstəricidir. Hər il Yer kürəsi Şri-Lanka ərazisi boyda meşə sahəsini itirir.
Daha əvvəl Tasmaniyadakı elm adamlarının sualtı meşələri xilas etməyə başladığı bildirildi. Bir neçə il ərzində onların sahəsi 95% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox