Slimfit
  1. ELM

Alimlər yumurta qabığından ehtiyat hissələri hazırlayıblar

Alimlər yumurta qabığından ehtiyat hissələri hazırlayıblar
Sakura

Alimlər yumurta qabığından ehtiyat hissələri hazırlayıblar

Ohayo universitetinin tədqiqatçıları qida tullantılarının avtomobil detallarının istehsalında əvəzolunmaz komponentlərdən biri olduğunu hesab edirlər. Alimlər xırdalanmış pomidor və yumurta qabığının asqı elementlərinin, mühərrik dayağının, şin və rezin boruların istehsalında istifadə etmək üçün kifayət qədər möhkəm olduğunu bildiriblər.

Amerikalı kimyaçılar pomidor və yumurta qabığının texniki karbonu əvəz edə biləcəyini müəyyən ediblər. Karbonun rezin və plastmasın istehsalında əsəs elementin olduğu məlumdur. Karbonun əsasən ağır neft məhsullarının yandırılması zamanı alındığını nəzərə alsaq, adətən zibilliyə atılan bioloji kütlənin istifadəsinin həm gəlirlilik, həm də ekoloji cəhətdən daha sərfəli olacağını söyləmək gərəkdir

Artıq Ohayo universitetinin alimləri qida tullantılarından hazırlanmış avtomobil komponentlərinin sınaqlarına başlayıblar. Alimlərin qarşısında duran əsas məsələ ekoloji cəhətdən təmiz detalların etibarlılığının kauçuk və küldən hazırlanan ənənəvi detallardan geri qalmamasını təmin etməkdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR