Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər yaddaşı gücləndirməyin sadə üsulunu tapıblar

Alimlər yaddaşı gücləndirməyin sadə üsulunu tapıblar
Sakura

Alimlər yaddaşı gücləndirməyin sadə üsulunu tapıblar

Amerikalı mütəxəssis və psixoloqlar sağ əlin yumruq formasında 90 saniyə sıxılıb saxlanılmasının yaddaşı gücləndirməyə yardımçı olduğunu açıqlayıblar. Eyni formada sol əlin sıxılıb saxlanılması isə xatırlamanı asanlaşdırır.
Yeniavaz.com saytı BBC-ə istinadən xəbər verir ki, mütəxəssislər yumruq sıxmanın beyində yaddaşla bağlı bəzi hissələri aktivləşdirdiyini müəyyən ediblər.
50 yetkin insan ilə aparılan sınaqda bu yolla uzun bir mətni əzbərləmək istəyən insanların daha yaxşı nəticə göstərdikləri aydın olub.
Psixoloqların fikrincə, bəzi vücud hərəkətləri beyinin işləməsini keçici olaraq dəyişdirir, yaddaşın inkişafına səbəb olur.
Daha öncəki araşdırmada sağ yumruğun sıxılması ilə beyinin sol yarısının, sol əlin sıxılması ilə də sağ yarısının hərəkətə keçdiyi açıqlanmışdı.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR