Slimfit
  1. ELM

Alimlər "Vikipediya"nı elmin irəliləyişi üçün faydalı hesab edirlər

Alimlər "Vikipediya"nı elmin irəliləyişi üçün faydalı hesab edirlər
Sakura

Alimlər "Vikipediya"nı elmin irəliləyişi üçün faydalı hesab edirlər

Massaçusets Texnologiya İnstitutu və Pittsburq Universitetinin alimlərinin qənaətincə, elmi işlərdə tez-tez "Vikipediya" onlayn ensiklopediyasındakı məqalələrə istinadlar qoyulur və bu təcrübə elm üçün faydalıdır.

ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər araşdırma zamanı aspirantlara “Vikipediya”  onlyan ensiklopediyasında yerləşdirilməmiş bir neçə elmi məqalə hazırlamağı tapşırıblar. Hazırlanmış məqalələrin yarısı onlayn ensiklopediyada dərc edilib. Bir müddətdən sonra məlum olub ki, "Vikipediya" onlayn ensiklopediyasına yüklənmiş məqalələr başqa alimlərin elmi işlərində istifadə edilib və onlara istinadlar qoyulub.

"Nəticələr onu göstərir ki, elmi məqalələrin əlçatan mənbələrdə nəşri elmin irəliləyişi üçün effektiv üsuldur. Bu, ənənəvi elmi informasiya mənbələrinə girişə malik olmayanlar üçün xüsusilə faydalıdır" – araşdırma müəllifləri bildiriblər.

Emil Hüseynov

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR