Slimfit
  1. DÜNYA

Alimlər Venerada okean izləri tapıblar

Alimlər Venerada okean izləri tapıblar
Sakura

Alimlər Venerada okean izləri tapıblar

Alimlər “Venera-Ekspress” zondundan göndərilən məlumatların son təhlili və Venera planetinin yeni kompüter modelləri əsasında belə qənaətə gəliblər ki, çox da uzaq olmayan keçmişdə burada böyük su ehtiyatları olub. Ola bilər ki, planetin erkən dövründə onun səthində okean və “Yer iqlimi” mövcud imiş.

Fins.az xəbər verir ki, bu hipotezi Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Moskvada keçirilən Günəş sisteminin öyrənilməsi üzrə simpoziumda Avstriya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimi Mayke Bauer təqdim edib. Onun sözlərinə görə, zondun məlumatlarında hidrogen izotoplarının miqdarının ölçülməsi nəticəsində məlum olub ki, bu elementlərin hamısı Veneraya kometalar tərəfindən və ya vulkan püskürməsi ilə gətirilə bilməz. Ağır hidrogenin ən azı bir hissəsi planetin doğulması vaxtı meydana gəlib.

Alimlər qeyd ediblər ki, Venera bizim planetin yarandığı şəraitdə və nöqtədə formalaşıb. Lakin o, görkəminə və quruluşuna görə Yerdən fərqlənir. İndi onun səthində demək olar ki, su yoxdur, atmosferi isə karbon qazı və 462 dərəcə Selsiyədək temperaturu olan kükürd turşusundan ibarətdir. Planetin səthində çoxlu sayda aktiv vulkanlar da var. Veneranın sadə kompüter modelləri göstərib ki, bu planet keçmişdə Yerə daha çox bənzəyib və çoxlu su ehtiyatı və nisbətən yumşaq iqlimə malik olub. Bu səbəbdən alimlər hansı hadisənin Veneranı indiki kimi cəhənnəmə çevirməsini öyrənmək istəyirlər. Avropa və sovet zondlarının məlumatları göstərib ki, həmin hadisə minimum milyard il əvvəl baş verib.

Avropanın “Venera-Ekspress” zondunun 2000-ci ilin ikinci yarısında göndərdiyi məlumatı Yerin analoji göstəriciləri ilə müqayisə edən alimlər planetlərin atmosferinin təkamülü üzrə bir neçə model hazırlayıblar. Hesablamalar göstərib ki, Venerada ağır hidrogenin əhəmiyyətli dərəcədə çox olması bu planetdə su ehtiyatları ilə bağlı olub. Həmin okeanın Yerdəki ilə bənzərliyinə gəldikdə isə, onlar ilk növbədə, okeanın necə yox olması və hidrogenin buxar şəklində atmosferə qarışmasına aydınlıq gətirməlidir. Kanadalı professor Riçard Ernst qeyd edib ki, Veneranın səthində olan tesserlər (geoloji strukturlar) Yerin və Marsın üzərindəki qədim çay məcralarına bənzəyir. Onun sözlərinə görə, bütün bu sualların cavabı Veneranın səthində onlarla santimetr dərinlikdə qazıntı apardıqdan sonra verilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR