Dərc edildi: Baxış sayı: 513
Alimlər üçün poliklinikanın yaradılması məqsədilə hazırda Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.
O qeyd edib ki, alimlər üçün poliklinikanın yaradılması vacib məsələlərdən biridir: "Səhiyyə Nazirliyi bu layihəni dəstəkləyir. Poliklinika üçün ərazinin tapılması məsələsi qalıb. Biz istəyirik ki, poliklinika binanın birinci mərtəbəsində olsun, orada bir neçə tibbi kabinetlər olsun. Güman edirəm ki, bu məsələ də yaxın zamanlarda həllini tapacaq".
A.Əlizadə deyib ki, poliklinikanın hər hansı binada yaradılacağı, yaxud ayrıca bina tikiləcəyi nazirlikdən asılıdır.
Maraqlıdır:
[haber=1000]
[haber=818]
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət