Alimlər: sürətlə yeriyən insanlar daha çox yaşayır
Sağlamlıq mütəxəssislərinin verdiyi məlumata görə həyatın davamlılığı sizin tez yeriməyinizdən asılı olaraq arta bilər. Yeni hesabata görə siz nə qədər tez yeriyirsinizsə, bir o qədər də bədən çəkinizdən asılı olmadan daha çox yaşayırsınız.
500 min insandan əldə edilmiş məlumatlarına əsasən yavaş yeriyən az çəkili insanlar ən aşağı gözlənilən həyat davamlılığa - kişilər üçün 64, qadınlar üçün isə 72 yaşa malikdirlər. Böyük Britaniyada orta həyat davamlılığı kişilər üçün 79, qadınlar üçün isə 82 ildir. Bu, yerimə sürətinin ölümlə bağlı olan ilk araşdırmadır.
Başqa sözlə desək, əldə edilmiş məlumatlar ondan xəbər verir ki, gözlənilən həyat davamlılığı üçün fiziki hazırlıq bədən çəkisi indeksindən daha yaxşı göstəricidir və əhalinin sürətli yeriməyə təşviqi onların həyatına bir neçə il əlavə edə bilər. Beləliklə, mütəxəssislər həyatın davamlılığına təsir göstərən çoxlu digər amillərin olmasını gizlətmirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət