Slimfit
  1. TEXNOLOGİYA

Alimlər səsin ən kiçik hissəciklərini "tutmaq" üçün mikrofon hazırlayıblar

Alimlər səsin ən kiçik hissəciklərini "tutmaq" üçün mikrofon hazırlayıblar
Sakura

Alimlər səsin ən kiçik hissəciklərini "tutmaq" üçün mikrofon hazırlayıblar

Stenford Universitetinin fizikləri tərəfindən hazırlanmış kvant mikrofonun köməyi ilə elmə məlum olan səsin ən kiçik hissəcikləri – fonon adlandırılan rəqs enerjisinin kiçik "hissələri" araşdırılır. Bu mikrofonun gələcəyin kvant kompüterlərinin hazırlanmasının əsasını təşkil edəcəyi gözlənilir.

ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Stenford Universitetinin alimlərinin ixtirası innovativdir, belə ki, sözügedən həllin hazırlanmasına kimi fononların ölçülməsi mümkün deyildi, çünki ən güclü klassik mikrofonların həssaslığı bunun üçün kifayət deyil. Səsli hissəciklər o qədər kiçikdir ki, membrana ayrı-ayrılıqda deyil, yalnız toplu halında cüzi təsir göstərirlər. Alimlər tərəfindən hazırlanmış qurğu səsli dalğaları bilavasitə öyrənmək əvəzinə, birbaşa fononların enerjisini ölçür.

Alimlər hesab edirlər ki, yeni cihaz tamamilə yeni tip kvant kompüterinin hazırlanmasına kömək edə bilər. Belə təxmin edilir ki, səsin kiçik hissəciklərinin “tutmaq” xüsusiyyəti səs enerjisi vasitəsilə informasiyanı kodlaşdırmaq imkanına malik qurğuların hazırlanmasına gətirib çıxaracaq. Bu da öz növbəsində inanılmaz tutumda məlumatları kiçikölçülü daşıyıcılarda yadda saxlamağa imkan verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR