Slimfit
  1. CƏMİYYƏT

Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır

Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır
Sakura

Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır

İsveçdə Karolina İnstitutunun alimləri qadınların yaddaşını kişilərin yaddaşı ilə müqayisə etmək məqsədilə araşdırma aparıblar.

Bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər 1973-2003-cü illərdə 1,2 milyondan çox insan arasında aparılan 600-dən artıq tədqiqatın nəticələrini incələdikdən sonra belə qənaətə gəliblər ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edir.

Bu səbəbdən onlar öz həyatlarında baş verən hadisələrin xırdalıqlarını, məsələn, danışıq əsnasında deyilənləri daha yaxşı yadda saxlayır, yaxud ötən həftə müəyyən vaxtda nə baş verdiyini daha tez yada sala bilirlər.

Bundan başqa, qadınların göz və sensor yaddaşı daha güclüdür, ona görə də onlar insanların üzlərini daha yaxşı yadda saxlayır, müxtəlif qoxuları daha yaxşı ayırd edə bilirlər.

Bununla yanaşı, alimlərin sözlərinə əsasən, kişilərin də bəzi üstünlükləri var. Onlar məkanla bağlı məlumatları daha asan yadda saxlayırlar. Bu səbəbdən, məsələn, onlar üçün avtomobili parkinq etdikləri yeri tapmaq daha asandır.

Alimlər onu da vurğulayır ki, epizodik yaddaş yaddaşın ən həssas növlərindən olduğu üçün yuxusuzluq, stress və qocalma kimi mənfi amillərin təsirinə daha meyillidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR