Slimfit
  1. ELM

Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb

Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb
Sakura

Alimlər ömrü uzatmağın effektiv yolunu açıqlayıb

Sürətli yürüş asta gəzinti ilə müqayisədə insan həyatını daha effektiv uzadır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə müvafiq təhqiqat “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

Sidney Universitetinin alimləri İngiltərə və Şotlandiyada 50 min 225 insanın müayinəsindən əldə olunan məlumatlar əsasında təhlillər aparıblar. Tədqiqat iştirakçıları mütəxəssislərə piyada gəzinti zamanı hansı tempi (yavaş, orta, yaxud sürətli) daha çox sevdiklərini bildirib.

Alimlər yaş, cins, ümumi fiziki aktivlik və bədən çəkisinin indeksi kimi faktorlar nəzərə alınmaqla, əldə olunan məlumatları tədqiq ediblər. Məlum olub ki, asta yerişlə müqayisədə orta temp vaxtsız ölüm riskini 20 faiz, sürətli temp 24 faiz azaldır. Habelə gəzintinin müsbət təsiri 60 yaşdan yuxarı insanlarda daha çox nəzərə çarpır. Belə ki, orta temp ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, sürətli temp isə 53 faiz azalda bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR