Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar

Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar
Sakura

Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar

Orqanizmin infeksiyanın hücumuna cavabını yavaşıtmaq koronavirusun əsas "hiylə"si ola bilər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı virusoloq Şeyn Krotti “Bloomberg”ə bildirib.

"Bu (hiylə - red) əhəmiyyətli bir müddət üçün ilkin immun cavabdan qaçmaq və xüsusən I tip interferonun erkən reaksiya verməməsindən ibarətdir", - o deyib.

Daha əvvəl tədqiqatçılar COVID-19-un interferon çatışmazlığı ilə əlaqəsinə artıq diqqət yetirdilər: məsələn, çatışmazlığın xəstəliyin ağır gedişatına səbəb olan həlledici bir amil ola biləcəyi bildirilib.

Amerika alimlərinin “Science” jurnalında dərc edilmiş məlumatına əsasən əvvəllər digər xəstəliklərin müalicəsində istifadə olunan sintetik interferonlardan yararlanma koronavirusla mübarizədə təsirli ola bilər.

Bu araşdırmanı həmçinin digər alim də şərh edib. Niderland eksperti Aleksandr Hoyşen interferondan istifadənin yalnız xəstəliyin ilkin mərhələsində COVID-19-la mübarizədə kömək edəcəyini bildirib. O, digər hallarda, infeksiyanın gedişi və xəstənin yaxşılaşmasının zamandan asılı olacağını vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR