Alimlər: Kompüter klaviaturadan istifadə xüsusiyyətlərinə görə insanların cinsini tanıya bilir
Klaviaturada mətnin yığılması xüsusiyyəti individualdır, lakin insanlarda cinsi 95 faiz dəqiqliklə müəyyən etməyə imkan verən ümumi xüsusiyyətlər mövcuddur.
Yunanıstanın Demokrit Universitetindən İoannis Simperidis və onun həmkarları 75 könüllü (36 kişi və 39 qadın) üzərində araşdırmalar aparıblar. Onların kompüterlərinə 10 ay ərzində klavişə hər toxunmanı fiksasiya edən, xüsusi olaraq hazırlanmış “IRecU” proqram-keyloqqerləri quraşdırılıb.
Toplanmış fayllar “ISqueezeU” statistik proqramı ilə təhlil edilib. Proqram mətnin yığılmasının müxtəlif xüsusiyyətləri ilə insanın cinsinin mümkün korrelyasiyalarını (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqə) qiymətləndirməyə imkan verib. Düymələrin sıxılma vaxtı və hərflər arasında fasilələrin təhlil edilib. Məlum olub ki, bu xarakteristikalardan bəziləri, həqiqətən də, cins ilə korrelyasiya edilir.
AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, xarakteristikalar və onlarla bağlı olan çəki əmsalları 78 faizdən çox dəqiqliklə istifadəçinin cinsiyyəti təyin edə bilən beş müxtəlif neyroşəbəkənin öyrənilməsi üçün istifadə olunub.
Müəlliflər hesab edirlər ki, istifadəçinin cinsinin təyini analizi polis araşdırmaları və ya reklam kampaniyalarının hədəf planlaşdırılması üçün alət ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət