Slimfit
  1. TEXNOLOGİYA

Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”
Sakura

Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri ilə bağlı sübutlar toplayıb. Alimlərin fikri “World Psychiatry” elmi jurnalında dərc edilib.

ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, alim Cozef Fert və onun Qərbi Sidney, Harvard, Oksford, Mançester universitetlərindən və Kembric Kral Kollecindən olan həmkarlarının sözlərinə görə, internet beyində dərketmə qabiliyyətinə, eləcə də diqqət, yaddaş və sosial davranışa ciddi təsir göstərən kəskin və davamlı dəyişikliklərə səbəb ola bilər.

“Qeyri-məhdud bildiriş və məlumatlar axını bizi daim bölünmüş diqqəti dəstəkləməyə məcbur edir ki, bu da öz növbəsində diqqəti bir məsələyə yönəltmək qabiliyyətini azaldır. Bundan başqa, hazırda dünya informasiyasının əksər hissəsinin “əl altında” olmasına görə bu, onun saxlanılma üsulunu və cəmiyyət haqqında fakt və qiymətləndirməni dəyişmək potensialına malikdir”, – hesabatda qeyd olunur.

“Stimulların çoxluğu və bölünmüş diqqət bir sıra problemlər yaradır. Hesab edirəm ki, cəmiyyətdə “Instagram”ın populyarlığının artması ilə yanaşı, bu, beyinin həm quruluşunu, həm də fəaliyyətini dəyişdirə bilər. Bununla, həmçinin bizim sosial toxumamız dəyişəcək”, – tədqiqatçı Cerom Sarris vurğulayıb.

Tədqiqatçılar tərəfindən uşaqların rəqəmli qurğularla keçirdiyi vaxtı məhdudlaşdırmaq və müxtəlif fəaliyyət növlərinə diqqət yetirmək tövsiyə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR