Slimfit
  1. KOSMOS

Alimlər iki paralel kainatın mövcudluğunu təklif etdilər

Alimlər iki paralel kainatın mövcudluğunu təklif etdilər
Sakura

Alimlər iki paralel kainatın mövcudluğunu təklif etdilər

Bizə məlum olan Kainat əsasən antimaddədən ibarət olan başqa bir kainatın güzcü nümunəsi ola bilər. İki paralel kainat nəzəriyyəsini Kanada alimləri təqdim ediblər, onların fikrincə güzgü kainatında vaxt əks istiqamətdə axır.

“Biz yeni kosmoloji modelin incə detallarının üzərində işləməliyik, amma artıq indidən görünür ki, söhbət kifayət qədər perspektivli nəzəriyyədən gedir. O xüsusilə qara materiyanın mövcudluğunu təbii şəkildə izah edir”, - Perimetr nəzəri fizika İnstitutunun əməkdaşları Nil Turok və Latam Boyl bildirib.

Alimlər güman edirlər ki, Kainatın əsas prinsiplərindən biri bütün mövcud olanları tabe edən CPT-simmetriyasıdır. Bu fundamental fiziki prinsipə görə, məkan və zaman dəyişilməz qalırsa, hissəciklərin yerində antihissə yerləşdirsə, bütün proseslər dəyişilməz qalır.

“Kainatımızda antimaddədən çox maddə var, üstəlik Kainatımızda vaxt genişlənməsi ilə birlikdə irəliyə gedir, yəni CPT-simmetriya bizim Kainat üçün deyil. Amma əgər güman etsək ki, Kainat digər dünyanın güzgü əksidirsə, onda hər şey yerinə düşür”, - kanadalı fiziklər qeyd edirlər.

Physical Review of Letters nəşrində dərc olunmuş məqalədə deyilir ki, yeni modeli bəyənməyənlər çoxdur, amma onun da yaşamaq hüququ var.

 

Mənbə: Planet-today.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR