Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər energetik içkilərindən istifadə təhlükəsini qiymətləndiriblər

Alimlər energetik içkilərindən istifadə təhlükəsini qiymətləndiriblər
Sakura

Alimlər energetik içkilərindən istifadə təhlükəsini qiymətləndiriblər

Alman alimləri yeniyetmələr üçün energetik içkilərdən istifadə təhlükəsini qiymətləndiriblər. Ens.az xəbər verir ki, tədqiqatın nəticəsi göstərdi ki, 1 litrdən çox bu içkiləri içmək təngnəfəslik, ürəkbulanma və sürətli ürək döyüntüsü kimi sağlamlıqla bağlı ciddi problemlərə səbəb ola bilər. Ekspertlərin fikrincə, az miqdarda energetik içki cavan sağlam insanlar üçün təhlükəli deyil. Amma araşdırmanın nəticələrinə görə bu içkidən 1 litr içən yeniyetmələr sürətli ürək döyüntüsü, ürəkbulanma, təngnəfəslik, həmçinin elektrokardioqramdakı dəyişikliklərə məruz qalırlar. Alimlər qeyd ediblər ki, kofeindən başqa energetik içkilərin tərkibində taurin, inozit və ya qlükuronolakton var, reklamlarda isə onları fiziki aktivliyin və konsentrasiyanın artması kimi görmək olar. Mütəxəssislərin fikrincı, cavan insanlar bədən çəkisinin hər kiloqramı üçün 3 milliqramdan çox kofein qəbul etməməlidirlər. 50 kq çəkisi olan sağlam yetkin insanda bu, 150mq miqdarında stimulyatordur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq ekspertlər gənclərə enerji içkilərinin hədlərini nəzarət etmələrini məsləhət görürlər, çünki onlardan həddindən artıq istifadə ürək-damar sisteminin xəstəliklərinin inkişafına yol aça bilər. Buna baxmayaraq bir çoxları miqdarı şişirdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR