Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər: Əllə görüşməkdən birdəfəlik əl çəkin

Alimlər: Əllə görüşməkdən birdəfəlik əl çəkin
Sakura

Gələcəkdə pandemiyanın qarşısını almaq üçün bir sıra davranış vərdişləri dəyişdirilməlidir

Gələcəkdə pandemiyanın qarşısını almaq üçün bir sıra davranış vərdişləri dəyişdirilməlidir.  Məsələn, görüşərkən əl sıxışmalarından yaxa qurtarmaq lazımdır. Ens.az saytı bildirir ki,  London Gigiyena və Tropik Tibb Məktəbinin mikrobioloqu Baron Piot bunu əminliklə vurğulayır.

Mütəxəssisin fikrincə, ənənəvi əl sıxmaları yapon tərzi  salamlaşma ilə əvəz edilə bilər.  Piot həmçinin hesab edir ki, tənəffüs yolları xəstəlikləri zamanı maska taxmaq və sosial məsafəni saxlamaq cəmiyyətdə qayda halına çevrilməlidir.

 Piot Avstraliyada olan statistikaya istinad edib. Tətbiq olunan sosial məsafə tədbirləri fonunda qrip və digər yoluxucu xəstəlikləri olan xəstələrin sayında azalma qeydə alınıb.  Alimin fikrincə, dünyanın müxtəlif ölkələrində olan mədəni davranış modelləri uzunmüddətli perspektivdə epidemiyaların qarşısını almağa yönəldilə bilər.

 Xatırladaq ki, iyul ayının əvvəlində İngiltərənin Baş naziri Boris Conson, koronavirus səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin zəiflədilməsi səbəbiylə maska rejiminin  sərtləşdirilməsini elan etmişdi.  Hökumət başçısının sözlərinə görə, vətəndaşlar tövsiyələrə əməl edərsə,  tez bir zamanda normal həyata qayıda bilərlər.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR