Slimfit
  1. TEXNOLOGİYA

Alimlər əbədi işləyən çox dəqiq saat yaradıblar

Alimlər əbədi işləyən çox dəqiq saat yaradıblar
Sakura

Alimlər əbədi işləyən çox dəqiq saat yaradıblar

Avstraliyanın “Cryoclock” firmasının mütəxəssisləri hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər. Qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Sapphire Clock” adlı unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfradək – -267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.
 
Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.
 
“Sapphire Clock” saatı “JORN” (Jindalee Operational Radar Network) sisteminin təkmilləşdirilməsi üçün lazımdır. Bu, ölkənin müdafiə sistemində mühüm rol oynayan erkən xəbərdarlıq sistemidir. Saat radiolokasiya texnikasının həssaslığını artıracaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR