Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər dünyanın ən faydalı qida maddəsinin adını açıqladılar

Alimlər dünyanın ən faydalı qida maddəsinin adını açıqladılar
Sakura

Alimlər dünyanın ən faydalı qida maddəsinin adını açıqladılar

Qida maddələrinin orqanizmə faydaları çoxdur. Aparılan son araşdırmalara əsasən, alimlər dünyanın ən qidalandırıcı və faydalı qida maddəsini seçiblər.

Ölkə.Az” xəbər verir ki, badam dünyanın ən faydalı qida maddəsi kimi təsdiqlənib. 

Arıqlamaq üçün mükəmməl qidadır

Badam arıqlamağa da kömək edir. Tərkibi kalori və yağla zəngin olsa da, doyurucudur. Xüsusən də işlənmiş karbonhidratların əvəzinə badam qəbul etmək məsləhət görülür. 

Ürəyə faydalıdır

Bir ovuc badam 163 kaloridir və tərkibində zeytun yağında olan doymamış yağlar var. Bu səbəbdən ürək sağlamlığı və xolesterol ilə mübarizə üçün əladır.

Anti oksidantla zəngindir

Badamın tərkibi anti oksidantla zəngindir. Xüsusən də çiy badam orqanizm üçün çox faydalıdır. Mütəxəssislər çiy badam qəbul edən insanlarda stresin azaldığını müşahidə ediblər. Anti oksidantlar orqanizmdəki LDL xolesteroluna qarşı da mübarizə aparır.

Maqnezium

Bir ovuc badam gündəlik maqnezium ehtiyacının 20 faizini təmin edir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR