Slimfit
  1. MARAQLI

Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar

Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar
Sakura

Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar

ABŞ-dan olan kimyaçı alimlər diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial düzəldiblər. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, onların tədqiqatının nəticələri “Nature Communications” jurnalında dərc edilib.

Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən təsadüfən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəni təmizləməyin effektiv yolunu kəşf ediblər. Onlar diqqət yetiriblər ki, bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Ku və onun həmkarları xatırlayıblar ki, oxşar mühit kariyes yaradan mikrobların olduğu diş daşında və ərpində də mövcuddur.

Bu ideyanı rəhbər tutan alimlər könüllülərin diş daşından nümunələr götürərək nanohissəciklərin onlara təsirini öyrəniblər. İlk təcrübə göstərib ki, bu cür “diş tozu” diş ərpini tez dağıdıb və mikrobları öldürüb.

Ku və onun komandası nanohissəcikləri “kariyes ştammı” ilə yoluxdurulmuş bir neçə siçovul üzərində sınaqdan keçiriblər. Nanohissəciklər siçovulların dişində ərp yaranmasının qarşısını alıb. Onlarda kariyes yaranmayıb və diş emalı zədələnməyib.

Kunun fikrincə, bu cür nanohissəcikləri diş pastasına, yaxud kariyesə qarşı məhlullara əlavə etmək olar. İlk klinik sınaqlara hazırlaşan alimlər ümidvardırlar ki, diş daşına qarşı bu mübarizə metodunun insan orqanizminə təhlükəsiz olmasını sübut edə biləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR