Alimlər depressiyadan qurtulmağın asan üsulunu tapıblar
İnsanın əhval düşüklüyündən qurtulmasına həftədə bir saat məşq etmək kömək edəcək.
Belə nəticəyə Sidneydə Yeni Cənubi Uels universitetinin alimləri gəliblər.
Araşdırmanın əsasında 1980-90-cı illərdə yaşlı Norveç sakinlərinin sağlamlıq, əhval və səhhətinə nəzarətin nəticələri dayanır.
Bu məlumatları analiz edərək mütəxəssislər belə nəticəyə gəliblər ki, məşq etməklə heç vaxt məşğul olmayan insanlar həftədə idmana 1-2 saat ayıran norveçlilərdən 44% daha çox depressiyadan əziyyət çəkirdilər.
Depressiya – “depressiv üçlük”lə xarakterizə olunan psixolji pozğuntudur: əhvalın düşməsi və sevinc hissi yaşamaq qabiliyyətinin itməsi (angedoniya), düşünmənin pozulması (mənfi qərarlar, baş verənlərə pessimistik tanaşma), hərəkət gecikməsi. Depressiya zamanı özünü qiymətləndirmə aşağı olur, həyata və adi fəaliyyətə marağın itməsi müşahidə olunur. Bəzi hallarda ondan əziyyət çəkən insanlar alkoqol və psixotrop maddələrdən çox istifadə etməyə başlaya bilər.
Son illər alimlər çoxlu sübut tapıblar ki, daimi depressiya təkcə insanın psixikası və davranışına deyil, həmçinin onun sağlamlığı və həyatının davamlılığına təsir edir. Məs: dörd il əvvəl niderland biloqları aşkar etmişdilər ki, depressiya epizodları telomerin (DNT-ni zərərdən müdafiə edən xromosomun sonluq hissələri)uzunluğunu hiss olunacaq dərəcədə azaldırdılar, buna görə də hüceyrələr tez qocalırdılar.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət