Fizika alimləri müəmmalı Bazel papirusunun sirrini çözüblər
“Ölkə.Az” xəbər verir ki, artıq 4 əsrdir ki, papirusun mənşəyi barədə mübahisələr gedirdi. Məlum olub ki, papirusun üzərində romalı həkim Klavdiya Qalenin əsəri yazılıb.
İsveçrənin Bazel universitetinin alimi Sabina Hyubner bəyan edib:
“Bu, sensasion kəşfdir. İndi biz dəqiq deyə bilərk ki, qeydlər antik döven sonlarındakı həkimə məxsusdur. Həkim qeydlərdə “isterik apnoe” adlı fenomendən danışır”.
Bazel papirusu XVI əsrdən alimlərə məlumdur. Onun Bazelə necə gəlib düşməsi məlum deyil. Alimlər ehtimal edirlər ki, papirus Bazilius Amberbax adlı məşhur hüquqşünas, kolleksionerin kolleksiyasında olub.
Bazilusun kolleksiyasında qədim dövrə aid 60-a yaxın papirus olub. Qədim Yunan və Qədim Roma tarixi üzrə mütəxəssislər bu papirusların bir çoxunu artıq oxuyub. Papiruslardan birində isə, mətn hər iki tərəfdən yazılıb. Hərflər isə güzgü üsulu ilə düzülüb. Bu səbəbdən alimlər hansı simvolların yazıldığını müəyyən edə bilmirdilər.
İsveçrə fizikləri isə papirusu ultra qırmızı və ultra bənövşəyi kameralar vasitəsilə oxuyublar. Məlum olub ki, bu kağız bir-birinin üstünə XV əsrdə yapışdırılmış bir neçə kağızdan ibarətdir.
Hikmət Həsənov
Mənbə:Ölkə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət