Slimfit
  1. MARAQLI

Alimlər bakteriyalarda "orqanlar" aşkar ediblər

Alimlər bakteriyalarda "orqanlar" aşkar ediblər
Sakura

Bu kəşf yeni nəsil antibiotiklərin yaradılması üçün əsas ola bilər.

Ens.az bildirir ki, Makqilla Universitetinin alimlərinin apardıqları araşdırmaya görə, bakteriyaların orqanelləri deyilən "daxili orqanları" var.  Əvvəllər bakteriyalarda onların olması inkar edilirdi.  Bakteriyalarda aşkar edilən bu orqanellər genlərin ekspressiyalarında iştirak edirlər.

 Fərdi hüceyrələrdə xüsusi kompartment - orqanellər var.  Mürəkkəb  hüceyrələrdə bir çox fərqli orqanellər ola bilər və onlar membranla əhatə olunurlar.  Lakin əvvəllər bakteriyada  heç vaxt membrana rast gəlinmirdi və buna görə də onların orqanelllərinin olmadığı düşünülürdü.

 Lakin alimlər öz araşdırmalarında  bunun əksini sübut etdilər.  “Escherichia coli” bakteriyasında orqanellər tapdılar.  Və ondakı orqanellər "yapışqan zülallar"ın  köməyilə tutulur.  Bu kəşfə əlavə olaraq, alimlər bakteriyalarda orqanellərin əmələ gəlməsi mexanizmini də aşkarlayıblar. Onlar,  mürəkkəb hüceyrələrdə olduğu kimi, eyni şəkildə, faza ayrılması yolu ilə meydana gəlirlər.

Bu, bakteriyalarda faza ayrılmasının ilk birbaşa sübutudur, buna görə də bu proses hüceyrələrin bütün növləri üçün universal ola bilər və həyatın mənşəyi ilə də əlaqəli ola bilər " deyə araşdırma müəllifi Stefani Veber izah edib.

Müəlliflərinin fikrincə, bu kəşf,  yeni nəsil antibiotiklərin yaradılması üçün əsas ola bilər.

Mənbə:news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR