Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər atmosferdə insan üçün təhlükəli göbələklər tapıb – Allergiya və astma yayılacaq

Alimlər atmosferdə insan üçün təhlükəli göbələklər tapıb – Allergiya və astma yayılacaq
Sakura

Alimlər atmosferdə insan üçün təhlükəli göbələklər tapıb – Allergiya və astma yayılacaq

Amerikalı alimlər Yer atmosferində bulud aerozollarında apardıqları detallı analizlərin nəticəsində orda çox midarda göbələk topaları aşkarlayıb. Bu göbələklər insan üçün zərərli olub, astma və allergiya yaradır.
 
Medicina.az xəbər verir ki, Kaliforniya universitetinin əməkdaşları 2016-cı ildən xüsusi cihazın köməyi ilə 20-60 nanometr ölçüsündə hissəciklər toplayaraq, onların tərkibini öyrənib.
 
Alimlər bu hissəciklərdə çoxlu miqdarda göbələk fraqmentləri aşkarladıqda təəccübləniblər.
 
Göbələk miqdarı yol verilən normanı aşıb. Bu isə insanlıq üçün ciddi təhlükədir. Çünki bu qədər kiçik zərrəciklər asanlıqla ağciyərlərə keçib, allergiya və astma yaradacaq.
 
Göbələk topaları atmosferə düşdükdə rütubəti özünə hopduraraq şişir və 30 nanometr diametrində çoxlu fraqmentlərə parçalanır.
 
Bu araşdırma yağışlı və rütubətli havada astmalı xəstələrin ağırlaşmasının səbəbini də açıqlayır.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR