Slimfit
  1. ELM

Alimlər altıncı dadı aşkar ediblər

Alimlər altıncı dadı aşkar ediblər
Sakura

Alimlər altıncı dadı aşkar ediblər

Biz kartof və makaronu onun kalorili olmasına görə deyil, xüsusi dadına görə sevirik.

İndiyə qədər elə hesab edilirdi ki, insan dörd əsas dadı seçə bilər - acı, şirin, turş və duzlu. Asiya mədəniyyətində yüksək proteinli yeməklərə xas olan beşinci “umami” seçilir. İndi isə alimlər bu siyahıya daha bir əsas  - kartof, çörək, pasta kimi qələvi qidalar üçün xarakterik olan dadı əlavə etməyə hazırdır. 

Oreqon Universitetinin qida texnologiyaları üzrə mütəxəssisi professor Jun Limin sözlərinə görə, mürəkkəb karbohidratlar bütün mədəniyyətlərdə rasionun əsasını təşkil edirlər: məsələn, asiyalılarda düyü və ya italyanlarda makaron. Professor hesab edir ki, insanların əsrlər boyu bu yeməkləri yeyərkən xüsusi dadı seçməməsini güman etmək qəribə olardı. 

Öz nəzəriyyəsini yoxlamaq üçün mütəxəssislər komandası 22 könüllüyə maye şəklində müxtəlif mürəkkəb karbohidratların bir neçə nümunəsini dadmağa tapşırıb. Onların hamısı dadı “nişastalı” kimi təsvir etdilər. Sonra könüllülərdən şirin reseptorlarını və karbohidratları qlükozaya qədər parçalayan tüpürcəklərdəki xüsusi fermentləri blok edən preparatları qəbul etmələri xahiş etdilər. Bundan sonra eksperimentin iştirakçıları yenə də nümunələrin xüsusi “çörək” dadını hiss etdilər. Bu alimlərin bu fikrini təkzib edir ki, insanlar onların yüngül şirinliliyinə görə yüksək karbohidratlı yeməkləri sevirlər. 

Professor Lim hesab edir ki, bu kəşf hazırda zərərli hesab olunan mürəkkəb karbohidratlara bəraət qazandırır. Əgər insanlar onların dadını səhvsiz tanımağı bacarırlarsa, onda onlar rasionun bir hissəsi olmaq hüququna malikdir. 

 

Mənbə: Nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR