Dərc edildi: Baxış sayı: 499
Alimlər alış-veriş sevgisini psixoloji xəstəlik hesab edirlər
Almaniyanın Hannover Tibb Məktəbinin mütəxəssisləri internetdə alış-veriş etməkdən asılı olanları psixi xəstə hesab etməyi təklif edirlər. Bu barədə “The Times” yazır.
Alimlər tədqiqatlar nəticəsində müəyyən ediblər ki, bəzi insanlar hətta depressiya və maddi çətinliklərlə nəticələnməyinə baxmayaraq, lazımsız şeyləri satın almağa meyllidirlər. Onların fikrincə, bu, insanların nəzarət edə bilmədiyi “kompulsif alış-veriş”in əlamətləridir.
Araşdırmada qeyd olunur ki, bir çox mağazalar “şopoqolizm”dən əziyyət çəkən insanların “psixi pozğunluğu”ndan sərvət qazanırlar.
Alış-verişdən çox vaxt gənclərin asılı olduğu vurğulanır. Mütəxəssislər əlavə ediblər ki, inkişaf etmiş ölkələrdə böyüklərin təxminən 5%-i bu pozuntudan əziyyət çəkir. Onlar “şopoqolizmi” psixi xəstəlik kimi qəbul etməyə səsləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət