Dərc edildi: Baxış sayı: 576
“Alibaba”nın yaradıcısı istefa verdi
Milyarder Cek Ma Çinin “Alibaba” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.
Məlumata görə, onu bu vəzifədə Daniel Çjan əvəz edəcək.
Ma 55 illik yubileyi günü vəzifədən gedib. İstefaya baxmayaraq, o, şirkətin əsas fiquru olaraq qalacaq.
“Çjanın Manın dəstəyi olmadan vacib qərarlar qəbul etməsi ehtimalı aşağıdır”, - nəşr yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət