Dərc edildi: Baxış sayı: 695
Bununla belə mənfəət azalıb.
Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, Alibaba Group bu ilin ikinci rübündəki fəaliyyətinin nəticələrini yayıb, 12,2 milyard dollar qazanaraq keçən ilki nəticəsini 61,25% yaxşılaşdırıb.
Əməliyyat mənfəətinə gəldikdə isə, o 54,25% azalaraq 1,1 milyard dollar təşkil edib. Həmçinin bəyan edilib ki, Alibabanın aktiv alıcılarının istifadəçi bazası 576 milyon insanı keçib.
Şirkətin gəlirlərinin 85,5%-i elektron ticarətdən, 5,81% bulud xidmətlərindən, 7,38% gəlir multimedia və əyləncə xidmətlərindən, 1,31% isə digər istiqamətlərdən daxil olub.
Şirkətin gəlirlərinin 80%-dən çoxunu doğma vətəni Çindən əldə edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət