Dərc edildi: Baxış sayı: 283
Ali təhsil və peşə təhsili istiqamətində ciddi işlər görülməlidir - Asim Mollazadə
Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyaca var? Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.
O qeyd edib ki, bu məsələlərə ciddi baxılmalıdır.
“Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir”, - deyə o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət