Slimfit
  1. AZƏRBAYCAN

Ali məktəblərə ərizə qəbulu başlayır

Ali məktəblərə ərizə qəbulu başlayır
Sakura

Ali məktəblərə ərizə qəbulu başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.


DİM-dən Femida.az-a verilən məlumata görə, tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). 

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumtəhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər. Həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır. 

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə aparılır və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədiyini qeyd edən abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər. 

Abituriyentlər, eyni zamanda, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər. 

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). 

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır. 

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında (zonalar üzrə 7, 14, 21 aprel) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. 

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İlk qəbul imtahanı (yaz sessiyası) I-IV ixtisas qrupları üzrə mayın 12-də, II-III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyunun 23-də, II-III ixtisas qruplari üzrə iyulun 7-də keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupları üzrə, həmçinin eyni ixtisas qrupu üzrə verə bilər. 

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün imtahan aprelin 28-də keçiriləcək. 

Tələbə qəbulu haqqında elanın tam mətni ilə DİM-in saytında tanış olmaq mümkündür. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu da martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). 

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. 

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). 

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 

Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumtəhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. 

Tələbə qəbulu haqqında elanın tam mətni ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür. 

Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı “Abituriyent-2” jurnalında tanış olmaq mümkündür. Jurnalı sabah günün ikinci yarısından etibarən kitab mağazalarından və “Abituriyent” satış köşklərindən əldə etmək olar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR