Slimfit
  1. SİYASƏT

Ali Məhkəmənin yeni hakimləri and içiblər

Ali Məhkəmənin yeni hakimləri and içiblər
Sakura

Ali Məhkəmənin yeni hakimləri and içiblər

Mayın 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası olub.

Ali Məhkəmədən "Report"a verilən məlumata görə, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunub və qərar qəbul edilib.

Plenumun iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Bəhram Məmmədli və Bəhman Qəribov “Məhkəmələr və hakimlər haqqında” qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin yeni redaksiya heyəti təsdiqlənib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR