Ali Attestasiya Komissiyasında yeni TƏYİNATLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) yeni kadr dəyişiklikləri olub.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı AAK sədri Famil Mustafayev müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Asif Rüstəmli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, daha yüksək vəzifəyə - AAK-nin Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
AAK sədrinin daha bir əmri ilə Mübariz Məmmədli Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinə müdir təyin olunub. O, bu təyinata qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.(Report)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət