Slimfit
  1. AZƏRBAYCAN

Aleksandr İşşein: "Rus dili Azərbaycanda geniş yayılıb"

Aleksandr İşşein: "Rus dili Azərbaycanda geniş yayılıb"
Sakura

Aleksandr İşşein: "Rus dili Azərbaycanda geniş yayılıb"

Rus dili Azərbaycanda geniş yayılıb. Ölkəmizin bir çox vətəndaşı bu dilin vasitəsilə rus mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış olurlar. Ən başlıcası isə dünya elminin nailiyyətlərini öyrənirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktik forumun iştirakçısı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşşein deyib.

O bildirib ki, rus dili təkcə ədəbiyyatda deyil, ümumilikdə, humanitar elmlərdə də biliklərin artırılmasına kömək edir. Bununla əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən forum çox vacib hadisədir. Bu forumun keçirilməsi mədəniyyət sahəsində ölkəmizə göstərilən böyük marağın bariz nümunəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR