Dərc edildi: Baxış sayı: 503
Aleksandr Fomin: “Rusiyanın təlimlərinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlılığı yoxdur”
“Rusiyanın keçirdiyi təlimlərin Azərbaycan-Ermənistan münaqişəsi ilə heç bir bağlılığı yoxdur”.
Ens.az xəbər verir ki,bu sözləri TASS agentliyinə açıqlamasında Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
O bildirib ki, Rusiya ordusunun hazırkı fəaliyyəti “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır:
“Bu yoxlama fəaliyyətləri planlı şəkildə həyata keçirilir və “Qafqaz-2020” strateji komanda-qərargah təliminə hazırlıqda mühüm mərhələdir”.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət