Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Albinoslar: Hər 70 min nəfərdən biri bu geni gizli daşıyır

Albinoslar: Hər 70 min nəfərdən biri bu geni gizli daşıyır
Sakura

Albinoslar: Hər 70 min nəfərdən biri bu geni gizli daşıyır

13 iyun-Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür (International Albinism Awareness Day). Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü 2015-ci ildən etibarən hər il qeyd edilir.

Albinizm latın sözü olub, "albus", yəni "ağ" sözündən yaranıb. Dəridə, saçda və gözlərdə xüsusi bir piqmentin olmaması ilə xarakterizə olunan anadangəlmə xəstəlikdir. Albinoslar xarici görünüşləri ilə fərqlənirlər.

Statistikaya görə, albinoslar Avropa ölkələrinin millətləri arasında nadir deyil, hər 20 min nəfərdən birində rast gəlinən haldır. Neqroid irqindən olanlar arasında onlara daha çox rast gəlinir. Genetiklərin araşdırmalarına görə, insanlarda albinizm geni əslində nadir deyil, sadəcə, çox vaxt bu gen aktiv olmur. Təxminən hər 70 min nəfərdən birinin onun gizli daşıyıcısı olduğu təxmin edilir.

Kiçik etnik qruplarda qohum nikahlar nəticəsində albinizmin yayıldığı bildirilir. Albinoslar fotofobiya, görmə kəskinliyinin azalması, katarakta kimi göz xəstəliklərindən, həssaslıq və quru dəridən əziyyət çəkirlər. Günəş şüaları onların sağlamlığına mənfi təsir göstərdiyindən gecə həyatı yaşamaq məcburiyyətində qalırlar.

Albinizmdən əziyyət çəkənlərin zahiri görkəmi günümüzdə də gülüş doğuran yanlış mövhumatçı təsəvvürlər formalaşdırır. Həmin şəxslərə qarşı göstərilən ayrı-seçkilik onların marginallaşmasına və cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bəzi cəmiyyətlərdə mövhumatçılığın güclü təsiri altında kök atmış yanlış təsəvvürlər və əfsanələr albinizmdən əziyyət çəkənlərin həyatını təhlükəyə məruz qoyur. Bu qədim təsəvvür və əsatirlər bütün dünyada yayılıb.

BMT-nin İnsan Haqları Şurası bunu əsas götürərək, 2013-cü ildə dövlətləri albinizmdən əziyyət çəkənlərə qarşı ayrı-seçkiliyin bütün növlərini ləğv etmək üçün təsirli tədbirlər görməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR