Slimfit
  1. MEDİA

Albaniyanın sabiq Prezidenti İlham Əliyevə məktub ünvanladı

Albaniyanın sabiq Prezidenti İlham Əliyevə məktub ünvanladı
Sakura

Albaniyanın sabiq Prezidenti İlham Əliyevə məktub ünvanladı

Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişa Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Şuşa şəhərinin və ölkənizin işğal altında olan digər ərazilərinin azad edilməsi ilə bağlı ordunuzun və dövlətinizin əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizi, həmçinin imzaladığınız bəyanat münasibətilə təbrik edirəm.

Ölkənizin dostu və Albaniyanın sabiq Baş naziri olaraq, müasir dövrümüzün ən böyük layihələrindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vasitəsilə Sizinlə sıx əməkdaşlıq edən biri kimi, mən Sizin rəhbərliyinizlə Ordunuzun ölkənizin işğal olunmuş ərazilərini azad etmək istiqamətindəki uğurlu nailiyyətlərini böyük maraqla izləmişəm. Mən qəti əminəm ki, qalan əraziləriniz də Sizin rəhbərliyinizlə işğalçılardan azad ediləcək və Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin əsas dayağı olacaqdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR