Slimfit
  1. İDMAN

Albaniya yığmasını Avropa çempionatına çıxaran məşqçi millimizə gətirilə bilər

Albaniya yığmasını Avropa çempionatına çıxaran məşqçi millimizə gətirilə bilər
Sakura

AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib

AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.

Oxu.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, AFFA Albaniya millisinin sabiq baş məşqçisi Canni de Byazi ilə danışıqlar aparır.

Lakin tam adı Covanni olan italiyalı baş məşqçini ölkəsində də baş məşqçi qismində görmək istəyənlər var. Belə ki, “Bolonya” klubu İtaliya A Seriyasında autsayderlər sırasında qərarlaşdığından, hazırkı baş məşqçisi Filippo İnzaqi ilə vidalaşıb yerinə onu gətirmək istəyir.

De Byazi isə bu iki variantdan biri üzərində düşünməyə çalışacaq. Son bilgilərə görə, de Byazi ilə əlaqə “Neftçi”nin baş məşqçisi Roberto Bordin və AFFA-da İtaliya futbolu ilə əlaqəsi olan rəhbər şəxslərdən biri vasitəsilə aparılır.

Qeyd edək ki, Canni de Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. O, albanları tarixində ilk dəfə olaraq 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatına çıxarıb. Ötən ilin iyunun 14-də isə Albaniya Futbol Federasiyasının prezidenti ilə birgə mətbuat konfransı keçirərək yığma postundan ayrıldığını ictimaiyyətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR