Slimfit
  1. CƏMİYYƏT

Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir

Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir
Sakura

Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir

Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir. Erkən yazda yolların, tarlanın kənarlarında, biçənək və otlaqlarda onunla tez-tez rastlaşmaq olar. Gövdəsinin ətrafında tikanlardan təmizlənərək yumşaq yaşıl zoğları 15-20 gün ərzində yeyilir. O qədər də dadlı olmasa da, çox faydalıdır. Zoğları bərkiyəndən sonra yeyilmir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, alaqanqalda zəngin silimarin maddəsi var. Silimarin bitkinin yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığı və öd qatılığı zamanı faydalı təsir göstərir.

Dəri ləkələri olanların çoxlu alaqanqal yeməsi məsləhətdir, əsasən öd və qaraciyərdən qaynaqlanan ləkələr üçün xeyirlidir. Vitamin və minerallarla zəngin olduğuna görə uşaqlar üçün də faydalıdır. Alaqanqalın təzə-tər zoğlarının yeyilməsi yeni qan yaradır, böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı çox faydalı nəticə verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR