Slimfit
  1. AZƏRBAYCAN

Alanna Armitaj: BMT-nin Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında sıx əməkdaşlıq mövcuddur

Alanna Armitaj: BMT-nin Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında sıx əməkdaşlıq mövcuddur
Sakura

Alanna Armitaj: BMT-nin Əhali Fondu ilə Azərbaycan Hökuməti arasında sıx əməkdaşlıq mövcuddur

Bu günlərdə Bakıda keçirilmiş Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Alanna Armitaj AZƏRTAC-a məxsusi müsahibə verib.

Azərbaycanda əhalinin sabit artımına təkan verən əsas amillər barədə danışan direktor bildirib ki, ölkədə əlverişli demoqrafik vəziyyət mövcuddur və əhalinin orta illik artım göstəriciləri yaxşılaşıb, eləcə də bu sahədə digər göstəricilərin müsbət tendensiyalarına nail olunub. Azərbaycanda gənclərin sayı da kifayət qədər artıb ki, bu da həmin gənclərin bir müddətdən sonra müxtəlif iş yerlərində təmsil olunmaları ilə nəticələnək. Bu gənclərin sağlamlığına və təhsilinə yönəlmiş investisiyalarla demoqrafik dividenddən bəhrələnmək olar ki, bu da nəticə etibarilə ölkənin iqtisadi inkişafına təkan vermiş olacaq.

Alanna Armitaj qeyd edib ki, BMT-nin Əhali Fondu doğum səviyyəsi, yaşlanma, miqrasiya kimi məsələlərin konkret faktlarla dayanıqlı inkişaf strategiyalarında öz əksini tapması işində Azərbaycanla sıx əməkdaşlıq edir. Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycan Hökuməti ilə gözəl əməkdaşlığımız var. Məsələn, Dövlət Statistika Komitəsi ilə əhalinin siyahıyaalınması sahəsinə dəstək vermişik və gələn il ölkənizdə keçiriləcək növbəti siyahıyaalınma ilə bağlı görüləcək işlərdə də sıx əməkdaşlıq edirik. Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsinə daha çox diqqət yetirilməli olduğu bir vaxtda etibarlı məlumat bazasının olması vacibdir. Bu məlumat bazasının formalaşması əhalinin hansı təbəqəsinin diqqətdən kənarda qaldığını və inkişaf proqramları vasitəsilə həqiqi dəstəyin kimə ünvanlanmalı olduğunu müəyyən etmək baxımından çox əhəmiyyətlidir. BMT-nin Əhali Fondunun Azərbaycan Hökuməti ilə əhali sayının dinamikası və demoqrafik inkişaf sahəsində əməkdaşlıq etməsi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Gender bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycan Hökumətinin gördüyü işlərə münasibət bildirən direktor deyib: “Mən Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini öyrənməkdən çox məmnun oldum. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da gender bərabərliyi sahəsində bir çox böyük irəliləyişlər əldə edilib. Ancaq hələ görüləcək işlər də var. BMT-nin Əhali Fondu olaraq, biz bu problemlərin həlli istiqamətində Azərbaycan Hökuməti ilə yaxından əməkdaşlıq edirik. Azərbaycan Hökumətinin gender əsaslı zorakılıq qurbanlarının müdafiə və dəstək xidmətləri ilə təmin olunmaları istiqamətində gördüyü işləri yüksək qiymətləndiririk”.

Alanna Armitaj bildirib ki, dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti ilə bağlı məsələlərin həllində də Azərbaycan Hökuməti üzərinə düşən öhdəlikləri fəal icra edir. BMT-nin Əhali Fondu, həmçinin bu məsələ ilə bağlı məlum inkişaf proqramlarını dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR