Slimfit
  1. MARAQLI

Al Paçino azərbaycanlı ilə Hollivud filminə çəkiləcək

Al Paçino azərbaycanlı ilə Hollivud filminə çəkiləcək
Sakura

Al Paçino azərbaycanlı ilə Hollivud filminə çəkiləcək

Azərbaycanlı model Stefano Suaros məşhur aktyorların çəkiləcəyi Hollivud filmində əsas rollardan birini canlandıracaq

BAKI, 31 dekabr — Sputnik. ABŞ-da yaşayan və daha çox Stefano Suaros ləqəbi ilə məşhur olan azərbaycanlı model və müğənni Rəcəb Rəcəbov Hollivud ulduzu Al Paçinonun çəkildiyi filmdə baş rolu canlandıracaq.

Rəcəbov Sputnik Azərbaycan-a bildirib ki, o artıq filmin sınaq çəkilişlərində iştirak edib. Onun sözlərinə görə, test çəkilişlərindən həzz alıb və ən əsası öz oyunundan razıdır. Filmin çəkilişləri 2019-cu ilin əvvəlində Hollivudda başlayacaq.


"Mənə əsas rollardan birini canlandırmaq təklif olunub. Sınaq çəkilişləri zamanı mən müxtəlif filmlərdən monoloqlar canlandırdım. Filmdə xeyli sayda məşhurlar çəkiləcək. Onlar arasında, həmçinin Al Paçino da var. Hesab edirəm ki, rolun öhdəsindən gələ bildim. Mən bu rola bütün sevgimi qoydum, ona böyük məsuliyyətlə yanaşdım. Peşəkar komanda ilə işlədiyimə görə şadam", – deyə Suaros qeyd edib.

Stefano Suaros artıq uzun müddətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində iştirak edir. Bu günlərdə isə "Style Fashion Week 2017" nümayişinin əsas modeli olub. O, modelliklə yanaşı, aktyorluq və müğənniliklə məşğul olur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR