AL-də 1/8 finalın püşkü atılıb
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
1/8 finalda İspaniya 3, İngiltərə, İtaliya və Rusiya 2, Almaniya, Portuqaliya, Fransa, Ukrayna, Avstriya, Çexiya və Xorvatiya isə 1 komanda ilə təmsil olunub.
Püşkün nəticəsinə əsasən, 1/8 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)
"Ayntraxt" (Almaniya) - "İnter" (İtaliya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)
"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya)
"Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)
"Sevilya" (İspaniya) - "Slaviya" (Çexiya)
"Arsenal" (İngiltərə) - "Renn" (Fransa)
"Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət