Dərc edildi: Baxış sayı: 409
Akrobatika gimnastikası üzrə hindistanlı hakim Milli Gimnastika Arenası barədə
Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun iştirakçılarının məhsuldar məşqləri üçün lazım olan şərait yaradılıb.
Bunu Trend-ə akrobatika gimnastikası üzrə hindistanlı hakim Sumit Mohan Raceşvari deyib.
Onun sözlərinə görə, Hindistan gimnastları Milli Gimnastika Arenasında yaxşı təcrübə əldə ediblər:
“Məşq üçün kifayət qədər vaxt ayrılıb. Bakıdakı gimnastika arenası möhtşəmdir. Burada məşqlər və beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Qeyd etmək istəyirəm ki, komandamıza burada hərtərəfli kömək göstərilir”.
Hindistanlı hakim əlavə edib ki, məşqlərin keçirilməsinə baxmayaraq turnirdə kimin qalib olacağını demək hələ tezdir:
“Hələ ki, kimin güclü, kimin zəif olduğunu demək tezdir. Yalnız finalda biz ən yaxşını müəyyənləşdirəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət